Bu şəhərlər 2024-cü ilin ən təhlükəsiz yerləri seçildi

19
Dek
2023
12:56
Səyahət mütəxəssislərinin fikrincə, səfər planlaşdırarkən təhlükəsizlik məsələlərinə laqeyd yanaşmamalı və getdiyiniz bölgə haqqında mümkün qədər çox şey öyrənməlisiniz.
 
Sfera.az bildirir ki, 2024-cü ildə ziyarət üçün təhlükəsiz olan dünyanın şəhərlərinin reytingi açıqlanıb. Qeyd edək ki, siyahını turizm üzrə ixtisaslaşdırılmış “Berkshire Hathaway” hazırlayıb
 
“Travel Protection” adlı şirkət tərəfindən aparılan sorğuda qeyd edildiyi kimi, seçim meyarları ilk növbədə ümumi təhlükəsizlik səviyyəsi, cinayət nisbətləri və təbii fəlakət kimi amillərə əsaslanıb. Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, bir şəhər və ya rayon nə qədər cəlbedici görünsə də, turistlər hər zaman ilk növbədə təhlükəsizlik məsələlərinə diqqət yetirməli, bu məsələdə güzəştə getməməlidirlər.
 
İlk üçlük
 
426676
 
Honolulu
 
Reytinqdə qar kimi ağ çimərlikləri və tropik meşələri ilə məşhur olan Amerikanın Havay ştatının əsas şəhəri başçılıq edir. Bu yer dünyanın hər yerindən turistləri cəlb edir. Təkcə ekzotikliyinə görə deyil, həm də ciddi dövlət qanunları və yüksək həyat səviyyəsi ilə bərabər, müəyyən edilən aşağı cinayət nisbətinə görə Honolulu ilk yerdə qərarlaşıb. Honoluluya görə ən böyük təhlükə okeanın özü və onun sakinləridir. Turistlərə sadəcə tək gəzməkdən və ya gecə üzgüçülükdən çəkinmək tövsiyə olunur.
 
426675
 
Monreal
 
Kanadanın ən böyük şəhərlərindən biri isə reytinqdə ikinci yeri tutub. Bu yerdə qərarlaşmağa, xüsusilə qadınlara qarşı cinayətlərin aşağı səviyyəsi kömək edib.
 
Bununla belə, Monrealda kiçik oğurluqlar da baş verir, ona görə də turistlərə şəxsi əşyalarını əllərində saxlamaları tövsiyə olunur. Təbii fəlakətlər, o cümlədən qışda buz fırtınası və zəlzələ riski də var.
 
426674
 
Reykyavik
 
İslandiyanın paytaxtı o qədər təhlükəsizdir ki, ölkənin əslində ordusu yoxdur və polis məmurları küçələrdə silahsız patrul edir.
 
İslandiyada ən böyük sadəcə təhlükə təbii fəlakətlərdən qaynaqlanır. Məsələn, 2023-cü ilin noyabr və dekabr aylarında Reykyavik və onun ətrafında seysmik və vulkanik aktivliyin artması müşahidə edilib.
 
Dünyanın ən təhlükəsiz 10 şəhəri isə bu ardıcıllıqla verilir:
 
Honolulu, Havay, ABŞ
Monreal, Kanada
Reykyavik, İslandiya
Sidney, Avstraliya
Amsterdam, Hollandiya
Dubay, BƏƏ
Kopenhagen, Danimarka
London, Böyük Britaniya
Seul, Cənubi Koreya
Venesiya, İtaliya
 
Qeyd edək ki, daha əvvəl Yaponiya tək turistlər üçün ən təhlükəsiz ölkə seçilmişdi. Ekspertlərin fikrincə, burada cinayət nisbətləri əhəmiyyətli dərəcədə aşağıdır. Bu isə,çox güman ki, ölkənin dərin köklü hörmət və nəzakət mədəniyyətinə görədir.
 
Xatırladaq ki, rublun məzənnəsini zəiflədən sanksiyalara görə isə Rusiya paytaxtı və əsas meqapolisi Sankt-Peterburq dünyanın ən bahalı şəhərləri reytinqində aşağı sıralara düşüb.