İsrail Livanın cənubunda Hizbullaha qarşı yeni quru müharibəsi planı hazırlayıb.
Azreform.info xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşri yazır.
“Cənubda baş verənlər onların burada (şimalda) edə bildikləri ilə müqayisədə heç nədir. İsrail doktrinası müharibəni qarşı tərəfə keçirməkdir”, - nəşr İsrail ordusunun zabitindən sitat gətirir.
Qeyd olunur ki, İsrail Qərb müttəfiqlərinin təmkinli olmağa çağırışlarına baxmayaraq, Yaxın Şərqdə müharibənin daha da genişlənməsi riski var.