Maşının nömrəsi diqqətdən yayınmadı

19
Dek
2023
00:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstanın Baş naziri Viktor Orbana hədiyyə etdiyi “Togg” markalı avtomobilin seriya nömrəsi maraq doğurub.

 “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “HU TR-100” nömrəli “Togg” iki ölkə arasındakı əlaqələrin 100-cü ildönümü münasibətilə xüsusi olaraq hazırlanıb.

Xatırladaq ki, Türkiyə lideri Macarıstanın paytaxtı Budapeştdə macar Baş nazir Viktor Orban ilə görüşüb. Ərdoğan və Orban bir-birlərinə hədiyyələr veriblər.