Gürcüstan hökuməti Rusiya ilə danışıqlar aparmır.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini Levan Davitaşvili bildirib.
"Əgər kimsə hesab edirsə, bu gün hakimiyyət hər hansı yolla ölkənin maraqlarına ziyan gətirir və gizli dialoq aparır, birbaşa deyə bilərəm ki, bu belə deyil", - baş nazirin müavini Davitaşvili qeyd edib.