KİV: Qərb Ukraynanı silah-sursatla təmin etməkdə çətinlik çəkir

3
Sen
2024
07:21

Qərb ölkələri Ukraynaya silah tədarükü ilə bağlı verilən zəmanətləri yerinə yetirməkdə çətinlik çəkir.

Azreform.info xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, bu il Kiyevin Qərb müttəfiqləri Ukraynanın zədələnmiş hava hücumundan müdafiə sistemlərini gücləndirəcəklərini vəd etmişdilər, lakin bir sıra NATO ölkəsi hələ də öz öhdəliklərini yerinə yetirməyib.

“Bu, Ukraynanın acınacaqlı vəziyyətini daha da çətinləşdirir”, - agentlik qeyd edir.