ABŞ Maduronun təyyarəsinə ələ qoydu

2
Sen
2024
22:28

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinin üzərinə həbs qoyub.

Azreform.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Təyyarə ABŞ-ın Venesuela və Maduroya qarşı tətbiq etdiyi sanksiyaların pozularaq alındığı üçün müsadirə edilib.

Venesuelanın bir nömrəli təyyarəsi son bir neçə ay ərzində Dominikan Respublikasında olub.

Amerika səlahiyyətliləri tərəfindən həbs qoyulduqdan sonra təyyarə Floridaya göndərilib.(axar.az)