Ana südü əvəzolunmazdır

24
İyl
2024
22:00

 

Ana südü körpəniz üçün faktiki bir hədiyyədir. Körpənin ən zərif və həssas olduğu dövr üçün edə biləcəyiniz ən mükəmməl qidalanma maddəsidir. Bütün dünyada bu mövzunu araşdıran mütəxəssislər körpənizə ilk 6 ayı yalnız ana südü vermənizi təklif edir. Bu dövr üçün körpənizin bütün ehtiyaclarını ana südü ilə qarşılayacağınızı bilməlisiniz.

Ana südü, anti-cisimlər ilə zəngindir. Anti-cisimlər infeksiya törədən mikroblara qarşı mübarizə aparan xüsusi proteinlərdir. Anti-cisimlər körpənizi xəstə insanlardan qorumağa kömək edir. Ana südünü körpənizin ilk peyvəndi olaraq da düşünə bilərsiniz. Ana südü körpənizin ehtiyacı olan bütün vitaminlərlə zəngindir. Bu qidalar onun immunitet sistemini inkişaf etdirir və beyin inkişafı üçün çox vacibdir. Hazır yeməklərə görə çox asan həzm olunur, qaz, qəbizlik kimi hallar daha az müşahidə olunur.

Ana südü ilə körpəni bəsləmək, ananı şəkər xəstəliyi və döş xərçəngindən qoruyur. Əmizdirmə ana ilə körpə arasındakı bağın daha sağlam olmasına köməkçi olur. Ana südü hər zaman hazırdır. Hər zaman uyğun istilikdədir və istənilən halda dərhal hazırdır.

İlk altı ay yalnız ana südü ilə qidalanan körpələrin qidalanma xərcləri hazır yemək yeyən körpələrə görə az qala yox deyiləcək qədər azdır. Ana südü ilə qidalanan körpələrın sonrakı həyatlarında, məktəb və işlərində daha fəal olduqları müşahidə edilməkdədir.

Psixoloq, mediator, Peşəkar Psixoloqlar İctimai Birliyinin təsisçi və sədri Səbinə İsmayılova bildirib ki, qidalanma dövründə ananın daimi stressi varsa, uşaq müəyyən reaksiyalar göstərəcək - daim ağlayacaq, pis yatacaq, pis yeyəcəkdir. Ana südü ilə qidalanma dövründə o, anası kimi eyni hormonal dəyişgənliyin təsiri altında olur və bu, onun psixo-emosional vəziyyətində əks olunur: "Ana sakit vəziyyətdə ikən körpəsini əmizdirirsə, sevinc və xoşbəxtlik hormonları yaranır. Onlar həm anaya, həm də uşağa doğuş zamanı və doğuşdan sonra alınan stressin öhdəsindən gəlməyə kömək edir. Vəziyyəti tarazlamağa kömək edir.
Bilin ki, süd verən anaya dəstək olmaq bütün səyləri, ana və uşağın yaxın mühitinin göstərdiyi bütün yardımları əsaslandırır. Ana südü ilə qidalanma qəfil körpə ölümü sindromu, şəkərli diabet, hipertoniya, piylənmə, leykemiya və limfoma, allergik vəziyyətlərin (bronxial astma, dermatit, ekzema) riskini azaldır, mədə-bağırsaq traktının funksiyalarının olgunlaşmasına kömək edir, sağlam bağırsaq mikroflorasının yaradılması, düzgün dişləmə əmələ gətirir, kəskin respirator xəstəliklər və sidik yolları infeksiyalarının hallarını azaldır".

onu da vurğulayıb ki, süd verən ananın sağlamlığından danışırıqsa, ana südü ilə qidalanma doğuşdan sonrakı depressiya, ürək-damar xəstəlikləri və diabet, döş və yumurtalıq xərçəngi, osteoporoz və postmenopozal sümük qırıqları riskini azaldır.

Səbəbi idə ana südünün tərkibində və əmizdirmə prosesinin özündədir. Ana südü sadəcə zülallar, yağlar, karbohidratlar, mikroelementlər olan bir məhsul deyil: "Qadının ana südü həm də həyatının ilk anlarından uşağın orqanizmində məskunlaşan mikroorqanizmlər üçün əlverişli mühitdir.
Psixoloji rahatlıq həm ana, həm də uşaq üçün çox vacibdir. Körpə gülərüz, xoşbəxt bir ana tərəfindən götürülüb əmizdirildikdə, analıq instinktlərinin (xoşbəxtlik, sevgi, sevinc) formalaşması üçün hormonal mexanizm işə düşür və uşağın mənimsəyəcəyi ilk duyğulardan biri sevinc olur.

Çox vaxt valideynlər, xüsusən də atalar düşünürlər ki, uzun müddət ana südü ilə qidalanma onlara oğlandan "əsl kişi" böyütməyə imkan verməyəcək. Amma bilmək lazımdır ki, ana südü əsl kişi yetişdirməyə hətta kömək edir, çünki, ana körpənin sıx emosional bağ qurduğu ilk qadındır. Əmizdirmə oğlan uşaqlarına yer üzündə özünü təhlükəsiz hiss edə biləcəyi bir qadın olduğunu başa düşməyə imkan verir. Və gələcəkdə kişidə qadına və ailəsinə necə qayğı göstərməyi barədə suallar olmayacaq. Bu onun daxili proqramı olacaq.
Bəşəriyyət tarixində insanların demək olar ki, icad etmədikləri bir şey qalmayıb, hətta süni intellekti də icad ediblər. Amma bir qida məhsulu olaraq ana südü və bir proses olaraq ana südü üçün tam əvəz tapa bilmirlər. Çünki ana südü yalnız qidalanma ilə bağlı deyil, həmçinin immunitetin və psixoloji rahatlığın formalaşmasıdır. Ana südü körpənizə verə biləcəyiniz ən yaxşı qidadır".

Sonda söyləmək istərdim ki, insan balası üçün insan südünü başqa heçbir qida əvəz edə bilməz. Körpəniz üçün ideal qidadır. Südünüz tam olaraq doğru qida balansına sahibdir. Ana südündə bu qida maddələri, körpənin formalaşmamış orqan sistemləri tərəfindən ən rahat istifadə ediləcək formada olur. Sırf körpə üçün yarandığına görə bu süd, körpənin mədəsinə qarşı tam zərərsizdir. Hətta körpə böyüdükcə paralel olaraq ananın südü də dəyişilir.

Ana südü, beynin böyüməsi və sinir sisteminin inkişafına yardım edən qida maddələri baxımında zəngindir. İmmunitet hüceyrələrinə və infeksiyanın qarşısını alan digər maddələrə sahibdir. Əlbəttə ki, ana südü, körpənin ideal böyüməsi və inkişafının hər bir istiqamətdə baş verməsi üçün mükəmməl bir ilk qidadır.

Cavid

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir