Ermənistan Silahlı Qüvvələrinin əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb.
“Azreform.info " “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, sentyabrın 2-də səhər saatlarında hərbi hissələrdən birində Edqar Aleksanyanın meyiti aşkarlanıb. Hadisənin səbəbi və şəraiti araşdırılır.