Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb

2
Sen
2024
18:00

Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin “Anadolu”nun efirində deyib.

Onun sözlərinə görə, altı ay müddətində fransız məktəblərinə qeydiyyata şərait yaradılmayacaq: “Bu müddət ərzində isə beynəlxalq sazişin imzalanması məsələsi gündəmdə olacaq”.