Avrasiya.net saytının rəhbəri BJC-nin Azərbaycan təmsilçisi təyin edilib

18
Dek
2023
19:45

Mərkəzi ofisi Türkiyədə yerləşən və dünyanın bir çox ölkəsində təmsilçiliyi olan Beynəlxalq Jurnalistlər Cəmiyyəti (BJC) Avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyevi Azərbaycan, Bakı nümayəndəsi təyin edib.

Bu barədə qərar 17.12.2023-cü il tarixində BJC Baş Qərargahı tərəfindən keçirilən İdarə Heyətinin 97 saylı toplantısında qəbul edilib.

Onun təyinatı ilə bağlı qərarlar yaxın bir ay ərzində Türkiyə Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan səfirliyinə və müvafiq orqanlara göndəriləcək.