Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var

2
Sen
2024
00:14

Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, iki nəfər həlak olub.

Azreform.info ” xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.

“Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb və iki nəfərdən ibarət hava gəmisinin ekipajı ölüb.

Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir”, – məlumatda diqqətə çatdırılıb.