Azərbaycan millisi FIBA reytinqində geriləyib

1
Sen
2024
15:49

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi FIBA reytinqində iki pillə geriləyib.

"Report"un məlumatına görə, yığma 43,5 xalla 107-ci pillədə qərarlaşıb.

Komanda Avropada 44-cüdür.

Qeyd edək ki, 116 kollektivin yer aldığı siyahıya ABŞ (883,3) başçılıq edir.