Pentaqon şefi İsraildə: Baydenin Netanyahuya çağırışından sonra...

18
Dek
2023
19:28

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Qəzza zolağında mülki vətəndaşların ölüm sayının artması ilə bağlı Prezident Co Bayden və İsrailin Baş naziri Binyamin Netanyahu arasında dərinləşən fikir ayrılıqları fonunda İsrail rəsmilərinin hərbi əməliyyatlarla bağlı daha aydın mövqeyini öyrənmək üçün İsrailə gedib. 

Azreform.info CNN-ə istinadən xəbər verir ki, Pentaqon rəhbəri İsraildə keçirəcək görüşlərdə Netanyahu hökumətindən Qəzza ilə bağlı strategiyanı dəyişməyi tələbə edəcək.

"Bayden administrasiyası da görür ki, Netanyahunun Qəzza zolağının davamlı bombalanması və bunun nəticəsində çoxsaylı mülki insanların ölməsi ciddi qlobal etiraza səbəb olub. Yaranmış vəziyyəti nəzərə alan Ağ Ev Netanyahunu hakimiyyətindən strategiyanı dəyişməyi tələb edir.

Ostinin səfərində də bu məsələlər müzakirə olunacaq və Təl-Əvivin  növbəti mərhələyə keçmək üçün hansı addımlar atması barədə məlumat əldə edəcək", - deyə bildirilir. 

Qeyd edək ki, Ostinin səfəri Baydenin İsraili Qəzza zolağında mülki insanları qorumaq üçün daha çox işlər görməyə çağıran sərt açıqlamalarından bir neçə gün sonra həyata keçirilir.

Mürtəza
Azreform.info