Mesut Özilin Di Kaprioya cavabı gündəm oldu

18
Dek
2023
18:35

Dünya şöhrətli amerikalı ulduz Leonardo Di Kaprionun “Arsenal nədir” sualı türkiyəli futbolçu "Arsenal"ın keçmiş ulduzu Məsut Özili qəzəbləndirib.

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, o, “X”də “Film Updates” səhifəsində paylaşılan postu sitat gətirib.

“Arsenal” Futbol Klubunun yaşı 25-dən yuxarıdır. O haradan bilsin?" 

Özil bu mesajla Di Kaprionun keçmiş sevgililərinin həmişə 25 yaşında olduğunu vurğulayıb.

Bu cavab sosial mediada böyük əks-səda doğurub.

Xatırladaq ki, Mesut Özil "Arsenal" komandasından ayrıldıqdan sonra Türkiyənin "Fenerbahçe" və "Başakşehir" klublarında oynayıb. O bu ilin əvvəlində 34 yaşında futboldan ayrılıb.

Günay