Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfərinin proqramı açıqlanıb.
Azreform.info “Anadolu”ya istinaədn xəbər verir ki, səfər tarixinin iki ölkə arasında 1923-cü il dekabrın 18-də imzalanmış dostluq müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi də məna kəsb edir.
İki ölkə arasında 2013-cü ildən bu yana keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısı münasibətilə keçiriləcək səfər çərçivəsində, əsas diqqət iqtisadi, ticarət, müdafiə sənaye, mədəniyyət və enerji sahələrində əməkdaşlığa yetiriləcək.
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 16 sənədin imzalanması gözlənilir.
Son zamanlar iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığında irəliləyişlər olsa da, Macarıstan Türkiyəni xüsusilə enerji təchizatı baxımından çox əhəmiyyətli bir ölkə olaraq görür.
Macarıstanın təbii qazının 50 faizi "Türk axını" vasitəsilə keçir və Azərbaycan qazı da Türkiyə vasitəsilə Macarıstana nəql olunur. Bu səbəbdən Türkiyə Macarıstanın enerji təhlükəsizliyi baxımından çox önəm verdiyi bir ölkə olaraq görülür.
Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olan Macarıstan xarici siyasətini şaxələndirərək Şərqə doğru istiqamətlənmiş siyasət həyata keçirir və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini yaxşılaşdırmaq istəyir
Macarıstan öz fəaliyyətini fəal şəkildə həyata keçirir və bu məqsədlə də TDT-yə öz töhfəsini verir.
Ərdoğan Orbanla görüşündə TDT çərçivəsində əməkdaşlıq məsələlərinin perspektivlərini müzakirə edəcək.
Prezident Ərdoğanı bu səfərdə 8 nazir müşayiət edəcək.
Mürtəza
Azreform.info