Türkiyədə Mərmərə dənizini sahilində 4,1 bal gücündə zəlzələ baş verib.
Azreform.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi sosial media hesabı məlumat yayıb.
Yeraltı təkan saat 00.53-də Yalovanın Çınarcık mahalında qeydə alınıb.
Zəlzələ Yalova ilə yanaşı, İstanbul, Bursa, Kocaeli və Balıkəsirdə də hiss olunub.
Məlumata görə, dağıntı və itki olmayıb.
Günay