Dekabrın 17-də Moskvada 40 yaşlı jurnalist Yekaterina Duntsovanın Rusiya prezidentliyinə namizədliyinin irəli sürülməsini dəstəkləyən təşəbbüs qrupunun iclası keçirilib.
Azreform.info xəbər verir ki, bu barədə xanım Duntsovanın özü teleqramda məlumat verib.
Onun sözlərinə görə, iclasda 700-dən çox tərəfdar iştirak edib və son nəticədə təşəbbüs qrupuna 522 nəfər daxil edilib.
Komissiya namizədliyini təsdiq edəcəyi təqdirdə Yekaterina Duntsova 300 min seçici imzasını toplamağa başlayacaq.
Xatırladaq ki, dekabrın 16-da Vladimir Putinin namizədliyini yekdilliklə dəstəkləmiş təşəbbüs qrupunun iclası keçirilib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək.