Türkiyədə qədim ilahənin məbədi tapıldı - FOTO

18
Dek
2023
01:56

Qədim Kastabala şəhərində ilahə Kubaba məbədinin xarabalıqları tapılıb.

Qazıntılar zamanı Anadolunun ən qədim yerli xalqı sayılan Luvilərin ilahənin şərəfinə tikdikləri məbədin qalıqları aşkar edilib.

Qazıntıların rəhbəri, Osmaniyyə Qorqud Ata Universitetinin Arxeologiya kafedrasının dosenti Fariz Dəmir Anadolu Agentliyinə bildirib ki, ərazi Kilikiya düzənliyi bölgəsinin ən qədim müqəddəs şəhəridir və eramızdan əvvəl 540-cı ilə qədər olan dövrü əhatə edir.

Qeyd edək ki, Kastabala şəhəri Osmaniye vilayətinin təxminən 12 km şimal-şimal-qərbində, Cövdəti qəsəbəsindən Karatəpə Muzeyinə gedən yolun kənarında, Kesmeburun, Bahçe və Kazmaca kəndlərinin arasında yerləşir.

Türkiyənin cənub bölgəsindəki Kastabala tarix və mifologiya ilə zəngin qədim şəhərdir. Burada Assuriya dövrünə aid zəngin keçmişin qalıqlarını var.