Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off görüşünə təyinat alıb

15
Avq
2024
16:35

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

"Report" xəbər verir ki, referi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.