Yamalın atası bıçaqlandı - VİDEO

15
Avq
2024
10:21

"Barselona"nın gənc ulduzu Lamin Yamalın atası Munir Nazraui bıçaqlanıb.

Azreform.info “Star” qəzetinə istinadla xəbər verir ki, hadisə şərşənbə gecəsi Barselonanın mataro ərazisində avtomobil dayanacağında baş verib.

Xəstəxanaya yerləşdirilən Nazrauinin həyati təhlükəsinin olmadığı bildirilib.

Məlumata görə, Yamalın atasına birdən çox bıçaq zərbəsi endirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Nazrauinin səhər saatlarında bir neçə nəfərlə mübahisə etməsi öz əksini tapıb. Onun bu davadan saatlar sonra bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Billurə