"Qarabağ"ın futbolçusu: Bu komandaya hörmət edin

14
Avq
2024
10:49

"Qarabağ"ın futbolçusu Kevin Medina Bolqarıstanda "Ludoqorets"ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.

Azreform.info -ın məlumatına görə, 31 yaşlı müdafiəçi şəxsi instaqram hesabında paylaşım edib.

Komanda ilə birlikdə fotosunu yayımlayan kolumbiyalı oyunçu "Bu komandaya hörmət edin" yazıb.

Qeyd edək ki, "Ludoqorets" Bakıdakı ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan çempionu pley-off mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.