İtaliyanın "Yuventus" klubu qapıçısı Voyçex Şesnınin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilə bilər.
Azreform.info xəbər verir ki, polşalı qolkiperin "qoca sinyora" ilə 2025-ci ilə qədər sözləşməsi davam etsə də, əlcək sahibi karyerasını bitirmək barədə düşünür.
Həmçinin Turin təmsilçisinin yeni baş məşqçisi Tyaqo Motta 34 yaşlı qapıçını heyətdə görmək istəmir.
Qeyd edək ki, 2017-ci ildən "Yuventus"da çıxış edən Şesnı ötən mövsüm A Seriyasında 35 oyun keçirib və 15 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.