Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - VİDEO

12
Avq
2024
17:14

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb.

Azreform.info “haber 7”yə istinadla xəbər verir ki, hadisə Çanaqqalanın Ezine mahalının Camikebir rayonunda baş verib. 

Balıkesir Koca Seyit Hava Limanından qalxan özəl şirkətə məxsus 2 nəfərlik təlim təyyarəsinin mühərrik hissəsində nasazlıq yaranıb.

Təyyarə tarlaya qəza enişi edib.

Bölgəyə polis, jandarma, xilasetmə və sağlamlıq qrupları cəlb edilib.

Hadisə nəticəsində təyyarədə olan 2 pilotun səhhətinin yaxşı olduğu, təyyyarə isə ciddi ziyan dəymədiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Billurə