Rusiyada Qərb qırıcılarına qarşı xüsusi raket hazırlandı

11
Avq
2024
19:21

Rusiya konstruktorları Qərb qırıcılarına, o cümlədən F-16təyyarələrinə qarşı raket hazırlayıblar.

Azreform.info Oxu.az-a istinadla xəbər verir ki, bunu Rusiya Aerokosmik Qüvvələrinin rəsmisi bildirib.

Onun sözlərinə görə, Rusiya təkmilləşdirilmiş təyyarə raketi şəklində "sürprizlər hazırlayır".

Hərbçi bildirib ki, yeni raket müxtəlif model təyyarələri vurmağa qadirdir.

O, təkmilləşdirilmiş raketin dəqiqliyinin artırıldığını və kəskin manevr edən hədəfləri vura biləcəyini açıqlayıb. Hərbçi qeyd edib ki, yeni silahın adı hələ məlum deyil.