Mehriban Əliyeva bürünc medal qazanan idmançımızı təbrik edib

11
Avq
2024
15:28

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedovu təbrik edib.

Azreform.info xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb:

"Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!".