Paris 2024: Məşhur idmançı mətbuat konfransında huşunu itirdi - VİDEO

10
Avq
2024
17:07

Paris Olimpiadasının iştirakçısı Cənubi Koreyalı atıcı Kim Ye-ji mətbuat konfransında huşunu itirib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Paris Oyunlarında gümüş medal qazandıqdan sonra mətbuat qarşısında çıxış edərkən vəziyyəti pisləşən idmançı yerə yıxılıb.

Bildirilib ki, idmançı yorğunluqdan və stresdən dolayı huşunu itirib.

Qeyd edək ki, Kim Olimpiadalar zamanı soyuqqanlı davranışı ilə internetdə məşhurlaşıb. Onun may ayında dünya rekordu qırdığı görüntüləri də sosial mediada diqqət çəkib. 10 metr məsafəyə pnevmatik tapança kateqoriyasında gümüş medal qazanması bir çox insan, o cümlədən Elon Mask tərəfindən bəyənilib.

Billurə