Olimpiya çempionu koronavirusa yoluxduğu üçün yarışlardan imtina etdi

9
Avq
2024
13:35

ABŞ-li atlet Noa Layls Olimpiadada mübarizəni başa vurub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun koronavirusa yoluxmasıdır. 

Bu barədə idmançı özü açıqlama verib: “Hər kəsə təşəkkür edirəm, amma burada çıxışımı başa vurmalıyam. Olimpiadadan zövq aldım”. 

Qeyd edək ki, Noa Layls 100 metr məsafəyə qaçışda qızıl, 200 metrdə isə bürünc qazanıb.