Oğuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu koma vəziyyətində xəstəxanaya çatdırılıb. Lakin az sonra o vəfat edib.
İlkin araşdırmalardan sonra F.Bayramovun Tayıflı kəndində meşə zolağında üzərinə ağac aşması nəticəsində ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.