Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub

2
Avq
2024
23:21

Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub.

APA xəbər verir ki, hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğın söndürülüb.