Türkiyədə 2 azərbaycanlı tələbəyə cinayət işi açıldı

2
Avq
2024
16:28

Azərbaycanlı tələbələr qanunsuz yaşayış icazəsi verilməsində ittiham olunurlar.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyə Miqrasiya İdarəsinin yaydığı məlumatda deyilir.   

Açıqlamada deyilir:

"Yanlış ünvan bəyannaməsi ilə bağlı məsələ 9 may 2024-cü ildə Miqrasiya İdarəsi  tərəfindən aşkar edilib və 10 may 2024-cü ildə məsələ ilə bağlı mülki müfəttiş təyin edilib. Mülki müfəttişin ilkin araşdırmalarına uyğun olaraq N.N. və A.H. adlı 2 azərbaycanlı hərbi tələbə və 2 mülki şəxs barəsində Baş Prokurorluğa şikayət edilib”.

Mürtəza
Azreform.info