Sumqayıtda mənzildə kişi meyiti tapılıb

2
Avq
2024
13:14

Sumqayıt şəhərində 40 yaşlı kişinin meyiti aşkar edilib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

Məlumata görə, 1984-cü il təvəllüdlü Ramin Elbrus oğlu Həsənovun meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.