Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb

1
Avq
2024
15:49

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Azreform.info -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.