Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib. 60 yaşlı Q. İsmayılova yaşadığı evin həyətində tövlədə özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, mərhum ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.