Müsavat və AMİP seçkilər barədə qərar verdi

15
Dek
2023
22:14

Dekabrın 15-də Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı qərarını elan edib.

Azreform.info xəbər verir ki, partiya seçkilərdə iştirak etməyəcəyini bəyan edib.

Bundan əlavə, Azərbaycan Milli İstiqlal Partiyası da eyni mövqeyi bölüşdüyünü bildirib.