Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb.
Oxu.Az bildirir ki, bu barədə qərar YAP İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.
Qərargah 21 nəfərdən ibarət tərkibdə yaradılıb.
Bildirək ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında növbədənkənar prezident seçkisində partiyanın iştirakı barədə qərar verilib.
Qərara əsasən, Prezident İlham Əliyev YAP-ın növbədənkənar prezident seçkisində namizədi olacaq.
Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.