Qlobal müharibə partiyası metodlarını dəyişmir - Kobaxidze

14
İyl
2024
19:07

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdlə bağlı qlobal müharibə partiyasını ittiham edib.

Azreform.info xəbər verir ki, Kobaxidze bu barədə Feysbuk səhifəsində yazıb.

“Qlobal müharibə partiyası öz metodlarını dəyişmir. XXI əsrdə Amerika və Avropada liberal faşizm, radikalizm, qütbləşmə, nifrət və siyasətçilərə qarşı qanlı hücumlar adi hala çevrilib”, - Kobaxidze bildirib.