"Qarabağ"ın qapıçısı 8 ay futboldan uzaq qalacaq

14
İyl
2024
18:00

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Klubdan Azreform.info a verilən məlumata görə, o, məşq prosesində xəsarət alıb.

Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.