FIFA-dan "Qalatasaray"a şok cəza

12
İyl
2024
00:28

Qalatasaray" klubu ötən yay transfer dövründə Donetsk "Şaxtyor"undan heyətinə qatdığı Tete üçün Ukrayna klubunun açdığı iddianın yekunlaşması ilə bağlı açıqlama verib.

Bu barədə Azreform.info Haber Global-a istinadən məlumat verir.

"Şaxtyor" Donetskin peşəkar futbolçumuza qarşı FIFA-ya etdiyi müraciət Mübahisələrin Həlli Şurası tərəfindən 11 iyul 2024-cü il tarixində qismən qəbul edilib. Qərara əsasən futbolçu Mateus Kardoso Lemos Martins və klubumuz 8 Avqust 2023-cü il tarixindən etibarən hesablanacaq illik beş faizlə birlikdə Ukrayna klubuna 2 389 776 avro ödəməlidir.

FIFA-nın qərarına uyğun olaraq, "Qalatasaray" Mateus Kardoso Lemos Martins ilə birlikdə göstərilən təzminat məbləğinə görə məsuliyyət daşıyır.

Bu qərardan apellyasiya şikayəti verilə bilər, odur ki proses hələ yekunlaşmayıb", - İstanbul komandasından bildirilib.