"Kəpəz" ispaniyalı futbolçunu transfer edib

11
İyl
2024
21:49

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Klubdan Azreform.info a verilən məlumata görə, Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Lkoça son olaraq Andorra çempionatında "Santa Koloma" klubunda oynayıb.