Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

9
İyl
2024
18:21

20-21 iyulda Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək.

Azreform.info xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq. 

Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir. 

Püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.