"Neftçi"də yeni məşqçi təyinatları olub

8
İyl
2024
20:07

“Neftçi”nin məşqçilər korpusunda yeni təyinatlar olub.

Bu barədə paytaxt təmsilçisi məlumat paylaşıb.

Belə ki, artıq “Neftçi”də litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukun köməkçilərindən olacaq.