Taxıl anbarında YANĞIN: Yük maşını külə döndü - VİDEO

7
İyl
2024
17:42

Beyləqan rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 kvadratmetr olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və "KamAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Azreform.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.