"Çelsi" nigeriyalı hücumçu üçün iki futbolçusunu təklif edir

7
İyl
2024
15:56

İngiltərənin "Çelsi" klubu yay transfer dönəmində İtaliya təmsilçisi "Napoli"də çıxış edən Viktor Osimheni heyətinə qatmaq niyyətindədir.

Azreform.info xəbər verir ki, London təmsilçisi 25 yaşlı hücumçunun transfer qiymətinu azaltmaq üçün Romelu Lukaku və Çezare Kasadeini təklif etməyə hazırdır.

Qeyd edək ki, nigeriyalı forvard 2020-ci ildən "Napoli"də çıxış edir. O, 2023/2024 mövsümündə 32 oyunda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.