Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində Niderland və Türkiyə milli komandaları qarşılaşıb.
Azreform.info xəbər verir ki, oyunda hesab 35-ci dəqiqədə açılıb.
Arda Gülerin ötürməsini Samet Akaydın qola çevirib.
Oyunun 70-ci dəqiqəsində Stefan De Fray qarşılaşmada tarazlığı bərpa edib.
6 dəqiqə sonra Mert Müldür topu öz qapısına göndərib.
Bununla da Niderland millisi Avropa çempionatının yarımfinalına yüksəlib.