Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidanın təkbətək görüşü keçirilib. Daha sonra geniştərkibli iclas başlayıb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd olunub ki, ölkələr arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilir.