“Əlavə ödəniş ailədəki bütün uşaqlara şamil ediləcək” - Deputat

14
Dek
2023
12:42

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “İşsizlikdən sığorta haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə edildi. Təklif olunan dəyişikliklərə əsasən, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. Hər uşaq üçün əlavə 5 faiz ödənilir. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək. 

Azreform.info xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.

O, müzakirələr zamanı təklif etdib ki, ailədə əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilsin: “Ailədə əlilliy olan uşaq varsa və ailə başçısına işsizlikdən sığorta təyin edilirsə o zaman əlavə 5 faiz deyil, 10 faiz hesablanması daha məqsədəuyğun olardı. Bu imkan verər ki, bu ailələrə ödənilən sığorta məbləği daha yüksək olsun. Bu həmin ailələrin sosial təminatının daha da gücləndirilməsi baxımdan vacibdir”. 

Deputat qeyd edib ki, təklifin qanunvericilikdə öz əksini tapması üçün müvfiq dövlət qurumları ilə müzakirələr davam etdiriləcək.