Paşinyan: "Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır"

14
Dek
2023
11:07

Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb
14 dekabr 2023 10:42 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.

APA TASS-a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, əgər artıq Bakı iki ölkə liderləri arasında razılaşdırılmış prinsipləri təsdiq etsə, sülh sazişinin imzalanması realdır.

“Azərbaycan bu prinsipləri təsdiq edərsə, yaxın vaxtlarda sülh sazişinin imzalanması çox realdır”, - Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb.