Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq.
Azreform.info xəbər verir ki, bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan bildirib.
“Hazırda bizdə imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, Azərbaycanın da razılaşdığı Xarici İşlər Nazirliyi səviyyəsində yanvarda keçiriləcək görüşdə biz bu mətni razılaşdıracağıq”, -Marukyan qeyd edib.
Mürtəza
Azreform.info