Azreform.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Metyu Miller baş verən insidenti Rusiyanın Gürcüstan ərazilərini işğalının səbəb olduğu dağıdıcılığının bariz nümunəsi adlandırıb.
“ABŞ Gürcüstan vətəndaşı olan Tamaz Cinturinin Rusiyanın işğal qüvvələri tərəfindən qətlə yetirilməsini qınayır və biz başsağlığı veririk. Bu ölüm Rusiyanın Gürcüstanın suveren ərazisində və digər yerlərdə səbəb olduğu dağıdıcılığın bariz nümunəsidir”, - deyə Metyu Miller sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, insident ötən Gürcüstanın Qori bələdiyyəsinin Kirbali kəndinin Cənubi Osetiya İnzibati Sərhəd Xəttinə yaxın hissəsində baş verib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında görə, yerli sakinləri qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq bir nəfəri qətlə yetiriblər, daha bir nəfər isə saxlanılıb.