Lənkəran və Astarada “Ekoturizm məktəbi” təşkil edilib

10
İyn
2024
14:28

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
2024-cü il kiçik qrant müsabiqəsində “Turizm yönümlü icma quruculuğu” layihəsi ilə qalib olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən layihədə nəzərdə tutulmuş ilk tədbiri 09 iyun tarixində Astara və Lənkəran rayonlarında həyata keçirildi.

Əsas məqsədi turizmin ətraf aləmi dağıtmasının, ekologiyaya zərər verməsinin qarşısını almaq və icma yönümlü turizmi inkişaf etdirmək olan layihədə insanlara təbiətə qayğı ilə sayahət etmək, ekoloji sistemin qorunmasında və zərərin azaldılmasında insaların rolunu artırmaq, davamlı turizmə dəstək, icma şəklində fəaliyyət göstərməyin əhəmiyyəti və qaydalarının öyrədilməsi məqsədi ilə “Ekoturizm məktəbi” təşkil edildi.

Tədbirin ecazkar təbiəti olan Astara və Lənkəran rayonlarına səyahət edərək əyani şəkildə keçirilməsi iştirakçıların mövzuya daha dərindən hakim olmasına səbəb oldu.

Layihənin rəhbəri Nərminə Qəribova və eksperti Azərbaycan Milli Elmlər Akademiyasının dosenti ekoloq Arzu Mustafayev mövzunun yüksək maraqla qarşılandığı və bu cür maariflındirmə işinin daha geniş kütlə ilə keçirilməsinin zəruri olduğunu bildirdilər.

Layihənin işçi qrupu və iştirakçıları layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildirdilər.